Maduro üçüncü dəfə Venesuelanın prezidenti seçilib

Nikolas Maduro Venesuelada keçirilən prezident seçkisində qalib gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə Venesuela Milli Seçki Şurasının sədri Elvis Amoroso məlumat verib.

O qeyd edib ki, Nikolas Maduro seçkidə iştirak edənlərin 51.2 faizinin etimadını qazanıb.

N.Maduronun əsas rəqibi, Edmundo Qonzales isə 44.2 faizlik nəticə göstərib.