Uzun zamandır sağlamlıq problemləri olan məşhur türkiyəli aktrisa hamiləliyi ilə bağlı paylaşım etdi

Türkiyənin "Kara sevda", "Sefirin kızı" kimi seriallarında rolları ilə tanınan, məşhur aktrisa Neslihan Atagül hamilə olduğunu açıqlayıb.

Bu barədə Lim10.az "TGRT Haber"ə istinadən bildirir.

Məşhur aktyor Kadir Doğulu ilə evli olan Neslihan Atagül bununla bağlı "Instagram" hesabında paylaşım edib və hamilə fotosunu yayımlayıb.

Uzun müddətdir səhhətində problemlər yaşayan aktrisa bu xəbəri ilə pərəstişkarlarını sevindirib. "Bu xoşbəxtliyimizi bir müddət daha gizli saxlamaq istərdik. Açığı, haqqımız da bu idi…", - deyə Neslihan paylaşıma şərh yazıb.

Məşhur adlardan Neslihan Atagülə çox sayda təbrik mesajları gəlib.

Məlumata görə, o, həmçinin hamilə olduğu xəbərini aldıqdan sonra bütün layihələrini rədd edib.