Göldə minlərlə balıq boğuldu: İtaliyada ekoloji fəlakət

İtaliyanın Toskana bölgəsində əsl ekoloji fəlakət yaşanır. Belə ki, Orbetello gölü kütləvi balıq məzarlığına çevrilib.

Lim10.az-ın "Svejesti" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, mütəxəssislər faciənin əsas səbəbi kimi su hövzəsində oksigen səviyyəsinin kritik azalmasını göstərirlər.

Bildirilir ki, Orbetello gölü onsuz da bu həyati vacib elementin aşağı tərkibi ilə fərqlənirdi, son vaxtlar isə vəziyyət daha da pisləşib. Balıqlar sadəcə olaraq oksigensiz suda boğulurlar.

Ekoloqlar həyəcan təbili çalır və hakimiyyəti gölün unikal ekosistemini xilas etmək üçün təcili tədbirlər görməyə çağırırlar.

Göldə minlərlə balıq boğuldu: İtaliyada ekoloji fəlakət

Göldə minlərlə balıq boğuldu: İtaliyada ekoloji fəlakət