Tatarıstan paytaxtında yay fəslində dolu yağdı: Küçələr su altında qaldı

Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində leysan yağış və dolu yağıb.

Bu barədə Lim10.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, şəhərin mərkəzi küçələrini su basıb. Şəhərin bəzi ərazilərində dolunun diametri bir neçə santimetrə çatıb. Yoldan keçən avtomobillərin demək olar ki, yarısı suyun içində qalıb.

Kazan meriyası pis hava şəraitinin nəticələrinin aradan qaldırılması istiqamətində işlərin aparıldığını deyib və zərurət olmadıqca yola çıxmamağı tövsiyə edib.

Həmçinin yağış sularının küçələrdə toplanması ilə əlaqədar tramvay və trolleybus marşrutlarının hərəkətində müvəqqəti dəyişikliklər edilib.

Tatarıstan paytaxtında yay fəslində dolu yağdı: Küçələr su altında qaldı

Tatarıstan paytaxtında yay fəslində dolu yağdı: Küçələr su altında qaldı