HƏMAS qruplaşmasının lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.
Lim10.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Qeyd olunub ki, HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket zərbəsinə məruz qalıb. Haniyə ilə yanaşı, onun mühafizəçilərindən biri də həlak olub.