Rusiya sərhədçiləri İrəvan hava limanını tərk etdilər

Rusiya sərhədçilərinin İrəvanın "Zvartnots" hava limanında xidmətinin başa çatması ilə bağlı rəsmi mərasim baş tutub.

Lim10.az TASS-a istinadən xəbər verir ki, mərasimin əvvəlində Rusiya və Ermənistanın himnləri səsləndirilib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Edqar Hunanyan 32 ildən artıq birgə xidmət üçün Rusiya tərəfinə təşəkkür edib.

Qeyd edək ki, 1992-ci ildən hava limanındakı keçid məntəqəsinə Rusiya sərhədçiləri nəzarət ediblər.