HƏMAS-ın xaricdəki liderlərindən biri olan Xalid Meşal təşkilatın müvəqqəti lideri təyin oluna bilər.
Lim10.az detaly.co.il-ə istinadən xəbər verir ki, hazırda HƏMAS-da mərhum rəhbər İsmayıl Haniyənin varisinin kimliyi ilə bağlı qızğın müzakirələr gedir. Bildirilir ki, Meşal ən populyar namizəddir.
O, 2025-ci ilə planlaşdırılan təşkilatın liderlik seçkisinə qədər HƏMAS-ın siyasi bürosunun sədri vəzifəsini icra edəcək.
Qeyd edək ki, Meşal artıq 1996-2017-ci illərdə bu postu tutub.