Yeni hiperkar təqdim olundu

"Pagani Automobili" şirkəti "Utopia" hiperkarının yeni versiyasını təqdim edib.

Lim10.az championat.com-a istinadən xəbər verir ki, bu, müxtəlif qatlanan dam variantları ilə təqdim olunan rodsterdir.

Onun çəkisi 1280 kiloqramdır, yəni "Utopia Coupe" ilə eynidir. Avtomobil 635 kVt (863 at gücü) hasil edən atmosferli V12 mühərriki ilə təchiz edilib.

"Pagani Utopia Roadster"in xüsusiyyətlərindən biri də "ağıllı" şinləridir. "Pirelli Cyber ​​​​Tire" şinləri sürücü üçün əlavə imkanlar açaraq təkərlərin vəziyyəti haqqında bütün məlumatları bort kompüterinə ötürən xüsusi sensorlarla təchiz olunub.

"Pagani Utopia Roadster"dən cəmi 130 ədəd istehsal ediləcək. Avtomobilin qiyməti 3.1 milyon avrodur.