KİV: "İsrail Haniyəni Qətərdə öldürə bilərdi, lakin bunu xüsusilə İranda etdi"

"İsrail kəşfiyyat xidmətlərinin Fələstinin radikal HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni Qətərdə öldürmək imkanları olub, lakin qəsdən qərara gəliblər ki, siyasətçinin İrana səfəri zamanı ona sui-qəsd etsinlər".

Lim10.az-ın "Jerusalem Post"a istinadən xəbərinə görə, bu barədə qəzetin İsrail kəşfiyyat xidmətlərindəki mənbələri məlumat veriblər.

"Təhlükəsizlik qüvvələrindəki mənbələr izah ediblər ki, Tehranın mərkəzində sui-qəsd variantı ona görə seçilib ki, o məqamda Haniyənin təhlükəsizliyinə məhz İran cavabdeh olub", - deyə nəşr yazır.

"Əgər onlar (İsrailin xüsusi xidmət orqanları) istəsəydilər, Qətərdə Haniyəni məhv edə bilərdilər, lakin iki səbəbə görə Tehranı seçdilər: birincisi, HƏMAS liderindən xilas olmaq üçün. Lakin bu, daha çox ona görə həyata keçirildi ki, İranı gələcəklə bağlı dilemmanın mərkəzinə yerləşdirsinlər", - deyə qəzet vurğulayıb.