Türkiyədə keçmiş baş nazir müavini, həmçinin keçmiş maliyyə naziri vəzifələrində çalışmış Abdüllatif Şenerin oğlu anası tərəfdən olan nənəsini qətlə yetirib.
Bu barədə Lim10.az "Haber Global" və İHA-ya istinadən bildirir.
Məlumata Abdüllatif Şenerin oğlu Bedirhan Şenerlə nənəsi Leyla Çetiner arasında evdə naməlum səbəbdən mübahisə yaranıb. Daha sonra mübahisə böyüyüb və Bedirhan Şener nənəsini tapança ilə girov götürüb.
Bu zaman Abdüllatif Şener küçəyə çıxaraq polisə xəbər verib. Hadisə yerinə polis və tibbi qruplar cəlb edilib. Lakin buna baxmayaraq, Bedirhan nənəsi Laylanı tapança ilə vurub.
Şener polis tərəfindən saxlanılıb, təcili yardımla xüsusi xəstəxanaya aparılan Leyla Çetiner isə bütün müdaxilələrə baxmayaraq, həyatını itirib.
Abdüllatif Şener hadisə ilə bağlı ilk dəfə açıqlama verib.
"Psixoloji problemləri olan oğlum qarşısındakı şəxsin nənəsi olduğunu belə bilmədən atəş açıb", - deyə o bildirib.
Keçmiş nazir, həmçinin sosial mediada yayılan bəzi iddiaların da əsassız olduğunu, həyat yoldaşının sağ olduğunu deyib.
"Çox təəssüf edirik. Ağır hadisədir. Oğlumun anasını öldürməsi ilə bağlı deyilənlər isə həqiqətə uyğun deyil", - deyə o əlavə edib.
Türkiyədə keçmiş nazirin oğlu nənəsini girov götürərək öldürdü: Nazirdən ilk açıqlama