Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarına qatılan slovakiyalı velosipedçilər qarət olunublar.
Lim10.az xəbər verir ki, bu barədə fransalı idman jurnalisti Amori Brele özünün sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, hadisə Paris yaxınlığındakı Olimpiya kəndində baş verib.
Belə ki, naməlum şəxslər slovakiyalı idmançılara məxsus olan 10 ədəd velosiped təkərini, ehtiyat hissələrini və dəyişdirici açarları oğurlayıblar.
Dəymiş ziyanın məbləği 2.3 min avro olaraq qiymətləndirilir. Artıq hadisə ilə əlaqədar komandanın baş məşqçisi polisə şikayət edib.