Kolumbiyada eyvan uçub, taksi sürücüsü ölümdən təsadüfən xilas olub

Kolumbiyanın Kartaxena şəhərində baş verən şok hadisədə ikimərtəbəli binanın eyvanı qəflətən uçub, taksi də daxil olmaqla park edilmiş üç avtomobilə ziyan dəyib.

Lim10.az bu barədə News.ru-ya istinadən xəbər verir.

Eyvanın uçmasından bir az əvvəl taksinin sürücüsü maşından düşüb yaxınlıqdakı marketə gedib. Beləliklə, ölümdən xilas olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, eyvanının düşdüyü bina qeyri-yaşayış obyekti olub.

"Biz hərtərəfli araşdırma aparacağıq və bu binanın vəziyyətinə nəzarət etməli olanları məsuliyyətə cəlb edəcəyik", - deyə şəhər administrasiyasının nümayəndəsi bildirib.