Borca görə küçənin ortasında qardaşını güllələdi: Muğladan dəhşətli görüntülər

Türkiyənin Muğla şəhərində dəhşətli hadisə baş verib. Belə ki, iki qardaş arasında borc üstündə başlayan mübahisə qanlı davaya çevrilib.

Lim10.az-ın "A Haber"ə istinadla verdiyi məlumata görə, baş verənlər yaxınlıqdakı şirkətin müşahidə kamerası tərəfindən qeydə alınıb.

Məlumata görə, H.A. adlı şəxs qardaşı Şahin A. ilə borc məsələsi üzündən mübahisə edib. Dava qızışdıqda isə o, silahını çıxararaq Şahin A.-nı ayağından güllələyib. H.A. bir neçə dəfə atəş açsa da, silahın nasazlığı və ətrafda olan insanların müdaxiləsi nəticəsində güllələrdən ancaq biri hədəfə dəyib. Bundan sonra H.A. oradan qaçıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası göndərilib. Yaralı Şahin A. təcili olaraq xəstəxanaya çatdırılıb.

H.A.-nın axtarışlarına başlanılıb.

Borca görə küçənin ortasında qardaşını güllələdi: Muğladan dəhşətli görüntülər

Borca görə küçənin ortasında qardaşını güllələdi: Muğladan dəhşətli görüntülər