ABŞ səfirliyi vətəndaşları istənilən reyslə Livanı tərk etməyə çağırdı

"Bir neçə aviaşirkət Livandan uçuşları dayandırıb. Lakin ölkədən bəzi istiqamətlərə uçuşlar hələ də davam edir. Vətəndaşlarımızı istənilən reyslə Livanı tərk etməyə çağırırıq".

Lim10.az xəbər verir ki, bu barədə ABŞ-nin Beyrutdakı səfirliyinin "X" səhifəsindəki paylaşımında bildirilib.

Qeyd olunub ki, ABŞ vətəndaşları öz təhlükəsizliklərini təmin etmək məqsədilə Livanı tərk etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər.