Somalinin cənubunda sərnişinləri daşıyan mikroavtobus kamikadze tərəfindən partladılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Garowe Online" portalı məlumat yayıb.
İlkin məlumatlara görə, çox sayda ölən və yaralananlar var.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir gün əvvəl Moqadişudakı "Beachview" hotelinin yaxınlığında daha bir terrorçu partlayış törədib. Nəticədə 30-dan çox insan həlak olub, 60-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.