Qasırğa ABŞ-də hərbi bazanı yerlə bir elədi

ABŞ-nin Kolorado ştatında qasırğa Fort Karson hərbi bazasını yerlə bir edib.

Lim10.az-ın "Svejesti" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, bir neçə helikopter əlverişsiz hava şəraitini müşayiət edən güclü küləyə görə zədələnib və sıradan çıxıb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Qeyd olunur ki, Kolorado-Sprinqs şəhəri yaxınlığında yerləşən Fort Karson bazası ABŞ ordusunun ən böyük hərbi obyektlərindən biridir. Zədələnmiş helikopterlərin Fort Karsonda yerləşən aviasiya bölmələrinə aid olduğu güman edilir.

Hərbi baza nümayəndələri hələlik zərər çəkmiş texnikanın dəqiq sayı və dəymiş ziyanın miqyası barədə məlumat açıqlamırlar.