Hindistanda 50-yə yaxın insan yoxa çıxıb

Hindistanın Himaçal-Pradeş ştatında güclü yağışlar nəticəsində 50-yə yaxın adam itkin düşüb, dörd nəfər ölüb.

Lim10.az TASS-a istinadən xəbər verir ki, Hindistanın şimalındakı bu dağlıq ştatda dörd gündür ardıcıl yağış yağır, yollar su altında qalıb, elektrik enerjisi fasilələrlə kəsilir.

Şimla, Mandi və Manali şəhərləri təbii fəlakətdən zərər çəkib. Fəlakət bölgəsində fövqəladə xidmətlər işləyir, yerli sakinlər ən çox zərər çəkmiş rayonlardan təxliyə ediliblər.

Hindistan Meteorologiya Departamenti avqustun 7-dək bölgədə güclü yağış yağacağını proqnozlaşdırır.