Almaniya kansleri Olaf Şoltsun rəhbərlik etdiyi ölkə hökumətinin reytinqləri 2021-ci ildə hakimiyyətə gəldikdən bəri ən aşağı səviyyəyə düşüb.
Lim10.az xəbər verir ki, bunu INSA sosioloji institutunun "Bild" üçün keçirdiyi sorğunun nəticəsi sübut edir.
Bu nəticələrə görə, hakimiyyəti sorğuda iştirak edən almanların 31%-i dəstəkləyir.
Qeyd edək ki, Almaniya Sosial Demokrat Partiyasını təmsil edən Olaf Şolts partiyasının 2025-ci ildə keçiriləcək parlament seçkisində yenidən qalib gələcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, SDP bütün proqnozların əksinə olaraq Bundestaqa əvvəlki seçkilərdə qalib gəlib və növbəti federal seçkilərdə qalib gələ bilər.