Qəzzanın yüksək rütbəli məmuru öldürülüb

İsrailin ordusunun endirdiyi zərbə nəticəsində Qəzza zolağının milli iqtisadiyyat nazirinin müavini Əbdülfəttah əl-Zariya ölüb.

Lim10.az TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə Fələstin anklavının media ilə əlaqələr şöbəsi çıxış edib.

"Əbdülfəttah əz-Zariya düşmən təyyarələrinin birbaşa endirdiyi zərbə nəticəsində həlak olub", - deyə idarənin rəsmi "Telegram" kanalında yayımlanan bəyanatda qeyd olunub.

Fələstinin HƏMAS hərəkatına bağlı "Quds" portalı bunun Qəzza zolağının mərkəzi hissəsində, Deyr əl-Bələh şəhərində baş verdiyini bildirib.