"Disney" filmlərin premyera tarixini dəyişdi

"Disney" şirkəti "Marvel", "Pixar", "Searchlight" kinostudiyalarının istehsalı olan filmlər ilk nümayişi cədvəlində dəyişikliklər edib.

Lim10.az bu barədə "Variety"yə istinadən xəbər verir.

Beləliklə, daha əvvəl 18 oktyabr 2024-cü il tarixinə planlaşdırılan "Əsl ağrı" filmi 1 noyabr 2024-cü il tarixində məhdud nümayişlə ekranlara çıxacaq.

Həmçinin qeyd edilir ki, 2025-ci ildə "Kapitan Amerika: Möhtəşəm yeni dünya", "Fantastik dördlük: "İlk addımlar", "Bleyd" filmlərinin premyeraları gözlənilir. Bundan əlavə, "Qisasçılar: Qiyamət günü" filminin 2026-cı ildə, "Qisasçılar: Gizli müharibələr" filminin isə 2027-ci ildə ekranlara çıxacağı məlumdur.