Ursula fon der Lyayenin qızının toyu olub: Əri onun soyadını götürüb

Avropa Komissiyasının rəhbərinin böyük qızı Sofi fon der Lyayen Almaniyanın Hannover şəhərinin yaxınlığındakı Burqdorfda füsunkar mərasimlə Xuan Pablo Brotfeldlə ailə qurub. Pablo arvadının soyadını götürüb.

Lim10.az "Bild"ə istinadən xəbər verir ki, mərasim Aşağı Saksoniyanın Burqdorf şəhərindəki qədim Müqəddəs Pankras kilsəsində baş tutub.

Nəşrin məlumatına görə, Ursula fon der Leyen bayramı rahat bir atmosferdə və şəhərdən kənarda ailə mühitində keçirilməsini istəyib, ona görə də 250 qonaq arasında məşhur siyasətçi olmayıb.

Qeyd olunub ki, Ursula fon der Lyayen və onun gələcək kürəkəni bir saat ərzində hər bir qonağı şəxsən salamlayıblar. Təhlükəsizlik tədbirləri yüksək səviyyədə olub. Kilsənin dörd girişi polis əməkdaşları tərəfindən qorunub.