Macarıstan Şengendən çıxarılmaq təhlükəsi ilə üzləşir: Avropa Komissiyası 70 deputatdan tələb aldı

Avropa Parlamentinin 70 deputatdan ibarət qrupu Avropa Komissiyasından Macarıstanın Şengen zonasında iştirakını dayandırmağı tələb edib.

Lim10.az-ın verdiyi məlumata görə, bu barədə "Politico" nəşri məlumat yayıb.

Qeyd olunur ki, onlar bu tələbi Budapeştin Rusiya və Belarus da daxil olmaqla səkkiz ölkənin vətəndaşları üçün viza tələblərini yumşaltmaq qərarından sonra irəli sürüblər.

"Məktubda onlar Macarıstanın müvafiq qərarının təcili araşdırılması üçün tədbirlər görülməsini tələb ediblər", - deyə nəşr qeyd edib.

Müraciət müəlliflərinin sözlərinə görə, belə bir qərar Şengen zonasının ona daxil olan ölkələrin vətəndaşları üçün təhlükəsiz məkan rolunu potensial olaraq təhlükə altına ala bilər.