Ukraynalı milyarder Dmitri Firtaş 2024-cü ildə iş adamına tətbiq edilən şəxsi sanksiyalara görə Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı məhkəmə iddiası qaldırıb.
Lim10.az xəbər verir ki, bu barədə Ukraynanın "Qlavkom" nəşri "Ukrayna məhkəmə hakimiyyəti" dövlət portalına istinadən məlumat yayıb.
Bildirilib ki, milyarder Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyaların tətbiqi ilə bağlı qərarını qüvvəyə mindirən prezidentin 24 iyun 2024-cü il tarixli fərmanına etiraz edib. Respublika Ali Məhkəməsi onun iddiasını qəbul edib.
Qeyd edək ki, sanksiyalar aktivlərin bloklanmasını, ticarət əməliyyatlarının tamamilə dayandırılmasını və kapitalın ölkədən kənara çıxarılmasının qarşısının alınmasını nəzərdə tutur. 2023-cü ilin mayında Ukraynanın İqtisadi Təhlükəsizlik Bürosu Firtaşı respublika büdcəsinə 18 milyard qrivna ziyan vuran dələduzluqda şübhəli bilib.