31 yaşında Nobel mükafatı alan alim vəfat etdi

Çin əsilli ABŞ-li fizik, fizika üzrə Nobel mükafatı laureatı Li Çjendao 97 yaşında San-Fransiskoda vəfat edib.

Lim10.az TASS-a istinadən xəbər verir ki, o 1926-cı ildə Şanxayda anadan olub. 1946-cı ildə ABŞ-yə köçən Çjendao Çikaqo Universitetində təhsil alıb.

O, 1956-cı ildə 30 yaşında bu ali təhsil ocağının ən gənc professoru olub və bir il sonra Nobel mükafatına layiq görülüb. Çjendao tarixdə ikinci ən gənc mükafatçı olub.