Banqladeşdə Baş nazir Şeyx Hasinanın istefasından sonra Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus liderlərindən biri ola bilər.
Lim10.az bu barədə "Times of India"ya istinadən məlumat verir.
Bildirilir ki, Banqladeşdə son tələbə etirazlarının əlaqələndiriciləri Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun baş məsləhətçi olduğu yeni müvəqqəti hökumətin formalaşdırılmasını təklif ediblər.
Yunus 2006-cı ildə mikrokreditləşdirmə və mikromaliyyələşdirmə sahəsindəki novator işinə görə Nobel Sülh Mükafatına layiq görülüb.
O, 2009-cu ildə ABŞ-nin Prezident Azadlıq Medalı və 2010-cu ildə Konqresin Qızıl Medalı da daxil olmaqla bir çox nüfuzlu mükafatlara layiq görülüb.
Avqustun 5-də etirazçılar Banqladeşin Baş naziri Şeyx Hasinanın Dəkkədəki rəsmi iqamətgahını ələ keçiriblər. Hasina istefa verib və Hindistana qaçıb. O, Böyük Britaniyadan sığınacaq istəyib.
Banqladeşdə kütləvi iğtişaşlar 2024-cü ilin iyununda məşğulluq kvotaları ilə bağlı tələbə etirazları fonunda başlayıb və hələ də davam edir. Nümayişçilərlə mübarizəyə ordu cəlb edilib.