Yeni avtomobil səhvən nümayiş edildi

"Rimac Automobili" şirkəti öz rəsmi saytında tam təsviri gizlədilən və tədricən görünəcək yeni avtomobilin tizerini yayımlayıb.

Lim10.az championat.com-a istinadən xəbər verir ki, yeni modelin açıq-aydın şəkli saytın mənbə kodunda tapılıb.

Ehtimal edilir ki, bu, yeni növ "Nevera" hiperkarı olacaq, lakin hələlik avtomobil haqqında təfərrüat yoxdur.

Qeyd edək ki, "Rimac" ilk növbədə "Nevera" elektrik hiperkarı ilə tanınır.