Banqladeşin şərqindəki Qazipur şəhərində Kaşimpur Yüksək Təhlükəsizlik Həbsxanasından kütləvi qaçış baş verib.
Lim10.az TASS-a istinadən xəbər verir ki, 209 məhbus qaça bilib, altısı isə hadisə zamanı güllələnib.
Həbsxana sözçüsü Subrata Kumar bildirib ki, məhbuslar qaçmaq üçün qiyam qaldırıblar. Həbsxana mühafizəçiləri işə qarışanda məhbuslar onlara hücum ediblər.
Vəziyyət yalnız ordunun köməyi ilə sabitləşib.