Rusiya "Vaqner"i Kurska göndərdi

İnternetdə "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) döyüşçülərinin Ukrayna ordusunun hücum etdiyi Kursk vilayətinə göndərilməsini əks etdirən kadrlar yayılıb.

Lim10.az xəbər verir ki, görüntüləri rusiyalı hərbi müxbir Yeqor Quzenko dərc edib.

Videoda yük maşınının arxasında olan "Vaqner"çilərdən birinin öz döyüş yoldaşlarını ruhlandırdığı görünür.

Qeyd edək ki, Ukrayna ordusu ötən gündən Rusiyanın Kursk vilayətinə hücum edib və 11 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Hazırda şiddətli döyüşlərin davam etdiyi bildirilir.

Rusiya "Vaqner"i Kurska göndərdi

Rusiya "Vaqner"i Kurska göndərdi