Türkiyənin İstanbul şəhərinin Sancaktepe rayonunda qardaşının cinayət törətməsini istəməyən şəxs onun ölümünə səbəb olub.
Bu barədə Lim10.az DHA-ya istinadən xəbər verir.
Məlumata görə, Rıdvan və Yasin Akdoğan qardaşları dostları olan və müntəzəm olaraq evlərinə gedib-gələn Ali K.-nın bacılarına sataşdığını, cinsi məzmunlu mesajlar göndərdiyini öyrəniblər. Ali K.-nı ofisə çağırıblar və Rıdvan Akdoğan əvvəlcə onun başına silah dayayıb, daha sonra yumruq və təpiklə döyüb, sonra isə tapança ilə ayağına atəş açıb. Bu zaman Yasin Akdoğan qardaşının qatil olmasının qarşısını almaq üçün onu dəhlizə çıxarıb.
Rıdvan Akdoğan yenidən otağa girmək istəyərkən əlindəki tapança atəş açıb və o özünü vurub. Rıdvan Akdoğan xəstəxanaya aparılıb, lakin bütün müdaxilələrə baxmayaraq, 17 gün sonra dünyasını dəyişib.
Hadisə anbaan ofisdəki təhlükəsizlik kamerasında əks olunub.
Rıdvan Akdoğanın ölümündən sonra saxlanılan Yasin Akdoğan "Ehtiyatsızlıqdan ölümə səbəb olmaq" maddəsi ilə məhkəmə tərəfindən ev dustaqlığına məhkum edilib.
Bacılarına mesajlar göndərən və ayağından güllə yarası alan Ali K.-nın vəziyyəti isə yaxşıdır.
Türkiyədə qardaşlar bacılarına mesaj yazan kişini görüşə çağırdılar: Biri öldü, digəri dustaq oldu