Yaponiyanın cənub-qərbində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb.
Lim10.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Bütün bölgələr üçün sunami təhlükəsi aradan qaldırılıb. Bu günə qədər qeydə alınan dalğaların hündürlüyü 20 santimetrdən 80 santimetrə qədər idi.
Zəlzələnin episentri Kyusyu adasındakı Miyadzaki prefekturasının yaxınlığında olub. Zəlzələnin ocağı okeanın dibinin 30 kilometr dərinliyində yerləşib. Fəlakət "İkata" və "Senday" atom elektrik stansiyalarında heç bir fövqəladə vəziyyətə səbəb olmayıb.
Bununla belə, Yaponiya səlahiyyətliləri Yaponiyanın Nankay qırığında baş verən güclü zəlzələ ehtimalının müvəqqəti olaraq artdığı barədə xəbərdarlıq edib. İlk dəfədir ki, ictimaiyyətə belə bir bildiriş yayılıb.
Kyuşu adası yaxınlığında baş verən 7.1 bal gücündə zəlzələ nəticəsində azı beş nəfər xəsarət alıb.
Lim10.az-ın məlumatına görə, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Həmçinin bildirilib ki, Milli Meteoroloji İdarə Miyazaki prefekturası istisna olmaqla bütün bölgələr üçün sunami təhlükəsi barədə xəbərdarlığı ləğv edib.
Yaponiyada baş verən güclü zəlzələ nəticəsində xəsarət alanların sayı artdı
Kyuşu adası yaxınlığında baş verən güclü zəlzələdən sonra hündürlüyü bir metrə qədər olan sunami Yaponiyanın Miyazaki prefekturasına çatıb.
Lim10.az-ın verdiyi məlumata görə, bu barədə NHK telekanalı xəbər verir.
Bildirilib ki, sunami dalğaları həmçinin Kaqoşima, Koçi, Oita və Ehime prefekturalarının sahillərinə də çatıb. Kyuşuda sürət qatarlarının hərəkəti dayandırılıb.
Hələlik zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Yaponiya Baş nazirinin ofisi nəzdində böhran mərkəzində fövqəladə qərargah yaradılıb.
Yaponiyanın Kyuşu adasının cənub sahillərində 7,1 maqnitudalı zəlzələ baş verib.
Lim10.az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, episentr Miyazaki prefekturasının yaxınlığında yerləşib.
Yeraltı təkanların ocağı okean dibinin 30 km dərinliyində olub. Yaponiya Meteorologiya Agentliyi dərhal sunami təhlükəsi elan edib.
Qeyd edək ki, Kyuşu adası Yaponiya arxipelaqının ən böyük dörd adasından biridir.