Amerikalı atlet Sidni Maklaflin 2024-cü ildə Parisdə keçirilən Olimpiadada 400 metr məsafəyə maneələrlə qaçışda qalib gələrək dünya rekordu vurub.
Lim10.az xəbər verir ki, 25 yaşlı idmançı 50.37 saniyə nəticə göstərib. İkinci yeri onun həmyerlisi Anna Kokrel (51.86), üçüncü yeri isə niderlandlı Femke Bol (52.15) tutub.
Xatırladaq ki, bu qızıl medal Maklaflin üçün Olimpiya Oyunlarında üçüncü olub.