Mikayıl Cabbarov Belarusun xarici işlər nazirinin müavini ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Belarusun xarici işlər nazirinin müavini İqor Nazaruk ilə görüşüb.

Lim10.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri "X" hesabında paylaşım edib:

"Azərbaycan-Belarus əlaqələrinin gücləndirilməsi istiqamətində imzalanmış sənədlərin icrasını, ticarət, investisiya, aqrar-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsini və birgə istehsal müəssisələrinin yaradılması imkanlarını müzakirə etdik".