Çikaqo birjasında buğda, qarğıdalı və soya ucuzlaşdı
Çikaqo birjasında buğda, qarğıdalı və soya ucuzlaşdı
18 yanvar 2023-cü il Çərşənbə günü, Çikaqo Ticarət Birjasında CBOT-da buğda kotirovkaları düşdü. Ticarət gününün nəticələrinə görə, Çikaqoda yumşaq qış buğdasının CBOT-un mart ayı kotirovkaları - ton üçün $272,82, Kanzas Sitidə sərt qış buğdası KCBT-nin mart fyuçersləri - ton üçün $309,19-a qədər, MGEX sərt yazlıq buğdanın mart fyuçersləri düşməyib.
Treyderlərin dediyinə görə, ABŞ qarğıdalı və soya fyuçersləri çərşənbə günü aşağı iymətə düşüb, çünki treyderlər hər iki bazarın bir gün əvvəl ayın ən yüksək qiymət səviyyəsinə çatmasını bildirmişdi. Lakin hava proqnozlarının Argentinanın kənd təsərrüfatı zonasında çox ehtiyac duyulan yağışı vəd etməsindən sonra bazar sbitləşib.
Çikaqo əmtəə birjasında mart ayına soya paxlası buşel üçün 15,24-1/2 dollara düşüb. Mart ayı CBOT qarğıdalı buşel üçün 6,81-1/4 dollara düşüb. Mart füçerslətı üçün buğdası 9-1/4 sent ucuzlaşaraq 7,42-1/2 dollara düşüb.
İnvestorlar 2022-ci ildə məyusedici artımdan kənara çıxdıqları və COVID-19 ilə bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra fəaliyyətin bərpasını gözlədikləri üçün bazarlar Çinin iqtisadi bərpası ilə bağlı nikbinlikdən böyük dəstək aldı. Çin dünyada soyanın ən böyük alıcısıdır.
Argentinadakı quru şərtlər soya bazarının diqqət mərkəzində qaldı, lakin dünyanın ən böyük soya ixracatçısı olan Braziliyada bamper məhsullar tədarüklə bağlı gözlənilən narahatlıqları azaldıb.
Braziliyanın qida təchizatı və statistika agentliyi olan Conab-ın hökumət məlumatlarına görə, rekord soya məhsulu gözləntiləri fonunda Braziliyanın 2022/23 yay taxıl istehsalı 20 ildə ilk dəfə ümumi saxlama həcmini keçəcək.
Çərşənbə günü Çikaqo Ticarət Birjasında (CBOT) mart ayında çatdırılma müqavilələri aşağidakı kimi izlənilir:
buğda (mart 2022) - 272,82 dollar/t - mənfi 1,23%;
qarğıdalı (mart 2022) - $268,21/t - sabit;
soya (mart 2022) - 560,15 USD/t - mənfi 0,99%;
Düyü xammalı (mart 2022) - $880,45/t - müsbət 0,19%;
kolza toxumu (ICE, mart 2022) - 836,70 cad/t - mənfi 0,62%.
Çərşənbə günü Fransa taxıl bazarı bahalaşıb. Prezidenti Vladimir Putinin dünyanın ən böyük buğda ixracatçısı olan Rusiyanın ehtiyatlarını saxlamalı və bütün kənd təsərrüfatı ehtiyatlarını ixrac etməməli olduğu barədə açıqlamasından sonra, buğda bazarı son itkilərdən sağalnmağa başladı.
Ticarət gününün nəticələrinə görə, Parisin MATIF birjasında dəyirman buğdasının mart ayı kotirovkaları 288,75 avroya (dollar ifadəsində 311,62 dollara) yüksəlib. Mart ayıa qarğıdalı qiymətləri - ton üçün 280,50 avroya qədər (dollar ifadəsində 302,72 dollar) bahalaşıb.
Çərşənbə günü Paris Birjasında (MATIF) ticarətin bağlanması üçün mart, yanvar müqavilələrinin kotirovkaları aşağıdakı kimi olub:
üyüdülmüş buğda (mart 2023) - 311,62 USD/t - müsbət 0,73%;
qarğıdalı (mart 2023) - 302,72 USD/t - müsbət 0,75%;
günəbaxan (SAFEX birjasında) mart - 11052,00 zar / t - müsbət 0,49%;
günəbaxan yağı (yanvar, NTB indeksi, RF) - 1204,76 USD/t - mənfi 0,015%.