Rusiyanın İrana qurduğu böyük tələ...

"Moskva heç vaxt Tehranı özünə müttəfiq hesab etmir"

Əli Musəvi Xalxali “İran diplomatiyası” saytında yazır:

“Moskva iki məqsədlə İrandan maksimum yararlanmağa çalışır. Birincisi, Qərb, beynəlxalq birlik və hətta, ərəb ictimaiyyəti ilə qarşılıqlı əlaqədə İranın anti-Qərb baxışlarının maksimum istismarı kontekstində. İkincisi isə müharibənin bədəlini azaltmaq məqsədi ilə İranı Ukraynadakı müharibədə tərəfdaşa, hətta, cinayət ortağına çevirir.

Rusiya İrandan həqiqətən nə istəyir? Biz doğrudan da Rusiyanın müttəfiqiyik? Rusiya bizi özünün strateji müttəfiqlərindən biri hesab edir?”.

Müəllifə görə, Rusiya heç vaxt İran İslam Respublikasını müttəfiq gözündə görməyib. Baxmayaraq ki, İranın bütün hökumətləri dövründə bir çox dövlət xadimləri Rusiyanın İranı strateji müttəfiqi hesab etməsinə çox həvəsli olsalar da, bu baş verməyib.

Hətta, prezident İbrahim Rəisinin Rusiyaya səfəri zamanı onun Kremldə necə qarşılanması onu göstərdi ki, Moskva İranı müttəfiq kimi görmədiyi, hətta, onu dost və özünə yaxın ölkə hesab etmədiyi mesajını vermək istəyir.

Rusiyanın bu yanaşması davam edir və Ukrayna müharibəsindən sonra da Rusiya İrana münasibətini dəyişməyib. Hətta, iqtisadi əməkdaşlığın səviyyəsinin yüksəldilməsi baxımından İranın bütün həvəsinə baxmayaraq, Rusiyanın səyləri daha çox İrandan başqa dövlətlər kimi istifadə etməkdir və o ölkələrin bəziləri hətta İranın rəqibi sayıla bilər.(irdiplomacy.ir)