Xarici ticarət dövriyyəsi petrol satışı hesabına 2 dəfə artıb
2022-ci ildə Azərbaycan xarici ölkələrlə 52 milyard 686 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da 2021-ci ilə nisbətən 55.4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 38 milyard 147 milyon dolları ixracın, 14 milyard 540 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 72%, idxal isə 24.2% artıb.
Xarici ticarətdə 23 milyard 607 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2.2 dəfə çoxdur.
Qeyd edək ki, xarici ticarətdə ixrac həcminin artımında əsas amil ötən il neftin qiymətlərinin yüksək olmasıdır. Belə ki, 38,147 dollarlıq ixracat dəyərinin 20 milyard dollardan çoxunu xam neft və qaz ixracatı təßkil edilib.