Azərbaycana elektromobillərin idxalı artıb

lektromobillərin idxalı artıb

2022-ci ilin dekabr ayında Azərbaycana 20 753,96 min ABŞ dolları dəyərində 854 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid avtomobillər) idxal olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, eyni ilin noyabr ayı ilə müqayisədə dəyər ifadəsində 5 898,96 min dollar və ya 39,7 faiz, say baxımından isə 141 ədəd və ya 19,8 faiz çoxdur.

Ümumilikdə 2022-ci il ərzində ölkəyə 155 357,9 min dollar dəyərində 11 337 ədəd hibrid avtomobillər idxal olunub ki, bu da 2021-ci ilin göstəricilərindən dəyər olaraq 2 dəfə çox, say baxımından 12,4 faiz azdır.

Bununla yanaşı, ötən il ərzində dəyəri 17 661,18 min dollar təşkil edən 486 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobillər) idxal olunub ki, bu da 2021-ci ilin eyni göstəricilərindən müvafiq olaraq 5,1 dəfə və 3 dəfə çoxdur.

Təkcə 2022-ci ilin dekabrında ölkəyə 3 335,66 min dollarlıq 77 elektromobil idxal olunub ki, bu da noyabr ayının göstəricisindən dəyər olaraq 2,1 dəfə, say baxımından isə 36 ədəd çoxdur.