“Unibank KB” ASC 2023-ci ilə 35 mln. manat zərərlə başladı
Banker.az xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında deyilir.
Bank 2022-ci il üzrə 557 min manat xalis mənfəət edib. Beləliklə balansında illərin yığılmış zərəri hələ də 35 milyon 34 min manat təşkil edib.
Bank hesabat dövrü ərzində faizlərdən gəlirləri illik müqayisədə 34.4% artaraq 163 milyon 23 min manat olduğu halda, faiz xərcləri 35.2% artaraq 56 milyon 79 min manat təşkil edib. Qeyri-faiz gəlirləri illik müqayisədə 75% artaraq 69 milyon 613 min manata, xərcləri isə 53% artaraq 149 milyon 807 min manat olub.
Beləliklə, bank 24 milyon 513 min manat ili əməliyyatı mənfəətlə tamamlanıb. Lakin “Unibank” 23 milyon 565 min manatlıq mümkün zərərlər üzrə ayırmalar və 392 min manatlıq mənfəət vergisi xərcindən sonra mənfəəti 557 min manat təşkil edib.
Qeyd edək ki, ötən il bankın xalis mənfəəti 4 milyon 688 min manat idi.