Morgan Stanley əməkdaşların 1 milyon dollar cərimələdi

Morgan Stanley WhatsApp yazışmalarına görə işçilərini cərimələməyə başladı. Ən böyük cərimələr - bir milyon dollardan çox olub.


Amerikanın Morgan Stanley bankı öz işçilərini WhatsApp və digər messencerlərdə iş yazışmaları apardıqlarına görə cərimələməyə başlayıb. Bu barədə “The Financial Times” yazır.

Nəşrin məlumatına görə, cərimələrin məbləği göndərilən mesajların sayı, işçinin iş stajı, messencerlərdən istifadə ilə bağlı xəbərdarlıqların olması kimi amilləri nəzərə alan bal sistemi üzrə hesablanır. Ən böyük cərimələr bir milyon dollardan çox olub.

FT-yə görə, bank təyin edilmiş cərimələri ya əvvəlki bonuslardan, ya da gələcək ödənişlərdən tutacaq. Morgan Stanley vəziyyəti şərh etməkdən imtina etdi.

ABŞ tənzimləyiciləri banklardan işçilərin mesajlarının düzgün saxlanmasını təmin etməyi tələb edir. Buna görə də bir çox şirkətlər, xüsusən də işçilərinə messencerlərdə şəxsi hesablardan iş məqsədləri üçün istifadə etməyi qadağan edir.

2021-ci ildə Qiymətli Kağızlar və Birjalar Komissiyası və Əmtəə Fyuçers Ticarət Komissiyası Morgan Stanley-i biznes məqsədləri üçün şəxsi cihazlardan istifadə edən bank işçilərinə görə 200 milyon dollar cərimələyib. Həmin vaxt ən azı 16 Amerika maliyyə institutu analoji cərimələrə məruz qalmışdı. O vaxt cərimələrin çəni 2 milyard dollardan bir qədər az olub.