Ötən il pambıq istehsalı artıb
2022-ci il pambıqçılıq mövsümündə sahələrdən 322 300 ton kondisiya çəkidə məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, pambıq üzrə orta məhsuldarlıq 30,92 sent/ha təşkil edib.
Başa çatan mövsümdə ölkədə 100 min hektardan artıq sahədə pambıq əkilib. 2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə də, tarlalardan 35 259 ton daha çox məhsul yığılıb.
Ümumi məhsuldarlıq göstəricisi isə əvvəlki illə müqayisədə 2,42 sent/ha artıb.