51 aqroparkın yaradılacaq
51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir
Dövlət başçısının tapşırığına uyğun olaraq, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə 51 aqroparkın yaradılması işləri davam etdirilir.
Effektiv fəaliyyət göstərən aqrokomplekslər aqropark statusu alacaq.
Azərbaycanda aqroparkların reyestrinin yaradılması istiqamətində aparılan işlər artıq yekunlaşdırılıb.
Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, effektiv fəaliyyət göstərən, mütərəqqi texnologiyalar tətbiq edən aqrokomplekslər aqropark statusunu ala biləcəklər. Uzun müddət torpaqları bu və ya digər hüquqi və fiziki şəxs tərəfindən icarəyə götürülən, mütərəqqi texnologiyalar tətbiq etməyən sahibkarlıq subyektinə aqropark statusu verilməyəcək. Bu statusu əldə edən fermerlər dövlət tərəfindən müvafiq infrastruktur dəstəyi alacaq, güzəştli kredit əldə edə biləcəklər.