Aİ Rusiya neftinin ixrac qiymətini müəyyənləşdirdi
Avropa İttifaqı Şurası Rusiyadan ixrac edilən neft məhsullarına qiymət həddi müəyyən edib.
Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Şura bu gün Rusiyadan gələn və ya Rusiyadan ixrac edilən CN kodu 2710-a daxil olan neft məhsulları üçün iki qiymət həddi müəyyən edib.
“Bunlar, Rusiyadan gələn qadağa tətbiq olunmayan neft məhsullarının bir barelini qiymətidir.
Xam neftə, əsasən də dizelə və digər yüksək qiymətlə satılan neft məhsulların barrelinə 100 ABŞ dolları, mazut və nafta kimi endirimlə satılan məhsulların barelinə 45ABŞ dolları səviyyəsində hədd müəyyən edilib.
Bu hədd Qiymət Haqqı Koalisiyası ilə sıx əməkdaşlıq əsasında müəyyən edilib və 5 fevral 2023-cü il tarixindən etibarən qüvvəyə minəcək. Rusiya neft məhsullarını daşıyan gəmilər üçün 55 günlük keçid dövrü nəzərdə tutulub”.
Aİ Şurası bildirib ki, martın ortalarından etibarən xam neftin qiymət həddi mexanizmi yenidən nəzərdən keçiriləcək və baxış müntəzəm olaraq hər iki aydan bir təkrarlanacaq.