Azərbaycan Gürcüstandan maşın idxalına görə birincidir

Azərbaycan ötən il Gürcüstandan avtomobil idxalına görə birinci yerə çıxıb.

Bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, 2022-ci ildə ən çox minik avtomobilləri Gürcüstandan aşağıdakı ölkələrə ixrac edilib:

● Azərbaycana: 30 452 avtomobil: 308,4 milyon dollar;

● Ukraynaya: 12 min 673 avtomobil: 119,8 milyon dollar;

● Ermənistana: 11 min 932 avtomobil: 144,7 milyon dollar;

● Qazaxıstana: 7352 avtomobil: 104,4 milyon dollar;

● Qırğızıstana: 7441 avtomobil - 70,9 milyon dollar;

● Rusiyaya: 5395 avtomobil: 75,6 milyon dollar;

● Tacikistana: 2610 avtomobil: 17,2 milyon dollar;

● Belçikaya: 540 avtomobil: 24,7 milyon dollar;

● Moldovaya; 313 avtomobil: 3,082 milyon dollar;

● Belarusa: 230 avtomobil, 6,4 milyon dollar.

Qeyd edilir ki, ötən il Gürcüstandan digər ölkələrə minik avtomobillərinin ixracının həcmi 98 faiz artıb. Əgər 2021-ci ildə ölkədən 456,5 milyon ABŞ dolları dəyərində avtomobil ixrac edilibsə, 2022-ci ildə bu rəqəm 903,8 milyon dollar olub.