Rusiya Azərbaycandan tədarük hesabına kartof idxalını artırmağı planlaşdırır

"Rusiyaya kartof idxalını Misir, Azərbaycan, Çin və Pakistandan tədarük hesabına artırmaq olar".

Lim10.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə "Rusprodsoyuz" Assosiasiyasının İdarə Heyətinin sədr müavini Dmitri Leonov bildirib.

Assosiasiyanın məlumatına görə, 2024-cü ilin yanvar-aprel aylarında Rusiyaya ərzaqlıq kartof idxalı 56,9 min ton təşkil edib. Bu dövrdə ən yaxşı tədarükçülər (Avrasiya İqtisadi Birliyi və İran istisna olmaqla) sırasına Misir daxil olub ki, Rusiyaya bütün kartof tədarükünün 85,3%-i bu ölkənin payına düşüb. Həmçinin bu sırada Azərbaycan, Çin və Pakistan da yer alıb.

"Məhsulun azalması ilə əlaqədar çatışmazlıq bu ölkələrdən kartofun tədarükü hesabına ödənilə bilər", - deyə Leonov qeyd edib.

Xatırladaq ki, daha Rusiya baş nazirinin müavini Dmitri Patruşev də artan tələbatı ödəmək üçün Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinə dost ölkələrdən kartof idxalı məsələsi üzərində işləməyi xahiş etmişdi.