Yerli toxum sortlarının yaradılacaq

Pakistan təcrübəsindən istifadə ediləcək

Pakistan təcrübəsindən istifadə edilməklə torpaq-iqlim şəraitinə uyğun yerli toxum sortlarının yaradılması üçün Azərbaycana genetik materiallar gətiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, bu barədə razılıq Dövlət Toxum Fondu və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyətinin Pakistana səfəri çərçivəsində əldə edilib.

Pakistan Kənd Təsərrüfatı Tədqiqatları Şurasının rəhbərliyi ilə keçirilən görüşdə çəltikçiliyin inkişafı ilə bağlı cari ildə görüləcək işlər, yerli toxum sortlarının Azərbaycana inteqrasiya olunması, habelə Pakistan təcrübəsindən istifadə edilməklə kadr hazırlığı istiqamətində əməkdaşlıq barədə razılıq əldə olunub.

Şura sədri Qulam Məhəmməd Əli Azərbaycan ilə çəltikçilik sahəsində əməkdaşlığa hazır olduqlarını, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.