AzerGold” QSC “Tülallar” qızıl yatağında hasilat işlərinə başlayıb
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göygöl rayonunun inzibati ərazisində yerləşən “Tülallar” qızıl yatağında hasilat işlərinə başlayıb.
Qızıl yatağında süxurların ilk dəfə partladılması prosesi Səhmdar Cəmiyyət üçün ən əlamətdar təqvimlərdən birində, 11 fevral 2023-cü il tarixində - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Səhmdar Cəmiyyətin təsis olunmasının 8-ci ildönümündə baş tutub.