İran avtomobilləri Rusiyaya buraxılmayacaq
Rusiya hökuməti bildirib ki, təhlükəsizlik sertifikatları olmadığı üçün İran avtomobillərinin ölkəyə idxalı mümkün deyil!
İran avtomobil istehsalçılarının öz məhsullarını Rusiya Federasiyasına ixrac etmək cəhdlərinə baxmayaraq, Rusiyanın Sənaye və Ticarət Nazirliyi İran avtomobillərini sertifikatlaşdırmayıb və buna görə də onların İrandan idxalı hazırda mümkün deyil.