Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
2024-cü ilin oktyabrın 1-nə işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı açıqlanıb.
APA-nın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı 49 min 951 nəfər təşkil edib.
Cari ilin 1 oktyabr tarixinə bu ərazilərdə ən çox muzdla çalışan işçilərin sayı Ağdamda (12 766 nəfər) və Füzulidə (9 406 nəfər) olub.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə ən yüksək əməkhaqqı Xankəndi və Ağdərədə qeydə alınıb. Belə ki, hesabat dövründə Xankəndidə ortaaylıq nominal əməkhaqqı 1 771.4 manat, Ağdərədə isə 926.2 manat təşkil edib.
Aşağıdakı cədvəldə azad edilmiş ərazilərdə cari ilin 1 oktyabr tarixinə muzdlu işçilərin sayı və ortaaylıq əməkhaqqı məbləği verilib:
Azad edilmiş ərazilər |
Muzdla çalışan işçilərin sayı |
Ortaaylıq əməkhaqqı, manatla |
Ağdam rayonu | 12 766 | 640.6 |
Füzuli rayonu | 9 406 | 605.3 |
Laçın rayonu | 7 829 | 650.2 |
Kəlbəcər rayonu | 6 514 | 628.1 |
Cəbrayıl rayonu | 3 238 | 717.1 |
Şuşa rayonu | 2 624 | 891.0 |
Qubadlı rayonu | 2 523 | 809.5 |
Zəngilan rayonu | 2 105 | 883.5 |
Xocavənd rayonu | 1 388 | 692.0 |
Xocalı rayonu | 1 192 | 760.5 |
Xankəndi şəhəri | 234 | 1 771.4 |
Ağdərə rayonu | 132 | 926.2 |
Xatırladaq ki, 2024-cü il oktyabrın 1-i vəziyyətinə ümumilikdə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 768.3 min nəfər, ortaaylıq nominal əməkhaqqı isə 993 manat təşkil edib.