Xaricdən Azərbaycana pul köçürmələri 3 dəfə artıb
Azərbaycanda ilkin rəqəmlərə əsasən 2022-ci il ərzində ölkəyə daxil olan pul baratları 3.4 mlrd. ABŞ dolları olmuşdur.
Bu barədə məlumat Azərbaycan Mərkəzi Bankın 2022-ci ilin yanvar-dekabr ayları üzrə Pul Siyasəti icmalında yer alıb.
Bu da 2021-ci illə müqayisədə 3 dəfə artım deməkdir.
Pul baratları-idarə, müəssisə, təşkilatların ünvanına göndərilən pul baratları, əmək haqqı və müavinətlərin ümumi həcmini xarakterizə edir. Buraya respublika daxili və beynəlxalq göndərmələr, həmçinin daxil olmuş pul baratlarının sayı və ümumi məbləği daxildir.