Gürcüstanda işsizlərin sayı azalıb
2022-ci ilin IV rübündə (oktyabr, noyabr, dekabr) aylarında Gürcüstanda işsizlik səviyyəsi 3 % azalaraq 16,1% təşkil edib.
Bu barədə Milli Statistika Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə muzdla işləyənlərin sayı 42,9 min nəfər artaraq 884 100 nəfərə, özünü işlə təmin edənlərin sayı isə 18 min nəfər artaraq 420 400 nəfərə çatıb.
Bundan əlavə, bildirilir ki, ölkə üzrə kişilər arasında qadınlara nisbətən işsizlik səviyyəsi daha çoxdur.