Şahmar Mövsümov: "Son beş ildə xarici ticarət dövriyyəmiz iki dəfədən çox artıb"

"Gömrük prosedurlarının sadələşdirilməsi və bürokratik maneələrin aradan qaldırılması sayəsində yerli və xarici investorlar üçün daha əlverişli imkanlar yaradılıb. Son beş ildə Azərbaycanın xarici ticarət dövriyyəsi iki dəfədən çox artaraq 52 milyard dollara çatıb".

Lim10.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bu gün keçirilən "Gömrük-Biznes Forumu 2024: Dialoq" tədbirində deyib.

O bildirib ki, nəqliyyat dəhlizləri Azərbaycanın tranzit imkanlarını artırıb və biznes subyektləri üçün əhəmiyyətli imkanlar yaradıb. Xüsusilə Orta Dəhliz vasitəsi ilə Çindən Avropaya daşınan yüklərin tranzit müddəti 8-10 günə qədər azalıb.